ABŞ-nin Corciya ştatında bərə estakadasının uçması nəticəsində azı 7 nəfər ölüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Sapelo adasında Gullah-Geechee bölgəsinin əhalisinin payız festivalına toplaşdığı tədbirdə doka yaxınlaşan bərənin asılmış estakadası uçub və çoxlu sayda insan dənizə düşüb.
Qəza nəticəsində ən azı 7 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının xəstəxanaya yerləşdirildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
ABŞ prezidenti Co Bayden verdiyi yazılı açıqlamada qəzadan çox kədərləndiyini və hadisəni yaxından izlədiyini qeyd edib.
Malik Atilay
çap et