Kubada əsas elektrik stansiyalarındakı nasazlıq hələ də tam aradan qaldırılmadığı üçün milyonlarla insan işıqsız qalıb.
525.az xarici mediaya istinadən bildirir ki, Matanzas şəhərindəki Antonio Guiteras Elektrik Stansiyasında baş vermiş nasazlıq milyonlarla kubalını işıqsız qoyub.
Səlahiyyətlilər gərgin səylərdən sonra paytaxt Havana başda olmaqla bəzi bölgələrə elektrik verilməyə başlanıldığını açıqlayıb. Bununla belə, ölkənin 80 faizi hələ də işıqsız qalıb və bəzi şəhərlərdə 30 saatdan artıqdır ki, elektrik kəsilməsi davam edir.
Sosial mediada yayımlanan görüntülərdə Havanadakı Xose Marti Beynəlxalq Hava Limanının qaranlıqda qaldığı görülüb.
Digər tərəfdən, enerji sektoru rəsmiləri Kuba Prezidenti Migel Diaz-Kanelin başçılığı ilə bir araya gələrək, ölkə daxilində elektrik kəsintilərini həll etmək üçün qiymətləndirmələr aparıblar.
Malik Atilay
çap et