İranın Əlborz viyalətində saxta içki hazırlamaq və satmaqda ittiham olunan 4 nəfər edam edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, edam hökmü Kərəc şəhərindəki həbsxanada icra edilib.
Edam olunan şəxslərin hazırladıqları saxta içkidən 191 nəfər zəhərlənib, 17 nəfər isə həyatını itirib.
Hadisədə günahlandırılan 11 nəfər həbs olunmuş, onlardan 4-ü barəsində edam hökmü qərarı çıxarılmışdı.
İbrahim Cəfərov
çap et