Belarusiyada prezident seçkiləri 2025-ci ilin 26 yanvarında keçiriləcək.
525.az xəbər verir ki, bu barədə ölkənin “BelTA” agentliyi məlumat yayıb.
Bildirilir ki, prezident seçkilərinin tarixi ilə bağlı qərar ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri İqor Karpenkonun iştirak etdiyi Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) iclasında qəbul edilib.
İ.Karpenko Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə tam hazır olduğunu bildirib.
Qeyd edək ki, prezidentliyə namizədlərin siyahısı hələlik məlum deyil.
İbrahim Cəfərov
çap et