Meksika hüquq-mühafizə orqanlarının əməkdaşları polis bölməsinə silahlı basqın edən "Sinaloa" cinayətkar qruplaşmasının 19 üzvünü öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 30 nəfərdən ibarət dəstənin digər üzvləri qaçmağı bacarıb.
Öldürülənlərdən hadisə yerində 3 pulemyot, 17 avtomat, 1 tüfəng və 5 tapança qalıb.
Qeyd edək ki, bir müddət əvvəl narkotik ticarəti ilə məşğul olan "Sinaloa" cinayətkar qruplaşmasının başçısı, "El Mayo" ləqəbli İsmael Zambada həbs olunmuşdu. Zambadanın əlaltıları başçını azad etmək üçün onun saxlandığı yerə hücum təşkil ediblər.
L.Tağıyeva
çap et