Braziliya Hərbi Hava Qüvvələrinə məxsus "F-5M" qırıcı təyyarələsi Natal şəhəri yaxınlığında qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim uçuşu zamanı təyyarənin mühərriki dayanıb və az sonra alışıb.
Pilot qırıcını yaşayış sahəsindən kənara uçmasına müvəffəq olub, daha sonra isə katapult edib. Bu üzdən qəza nəticəsində dağıntı və itki olmayıb. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, "F-5M" qırıcıları ABŞ istehsalıdır. Braziliya HHQ-də buna kimi 51 "F-5M" qırıcısı var idi. Biri azaldı...
L.Tağıyeva
çap et