525.Az

Putin: BRICS-ə liderlik növbəti il Braziliyaya keçəcək


 

Putin: BRICS-ə liderlik növbəti il Braziliyaya keçəcək<b style="color:red"></b>

BRICS-ə liderlik növbəti il Braziliyaya keçir, Rusiya bu ötürmənin səmərəliliyi üçün mümkün olan hər şeyi edəcək.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS sammitinin geniştərkibli iclasında bildirib.

"Braziliya həqiqətən də BRICS-ə sədrliyi bizdən qəbul edir. Biz öz tərəfimizdən sizi dəstəkləmək və bu ötürülmənin səmərəli olması üçün mümkün olan hər şeyi edəcəyik. Əminik ki, BRICS-ə liderlik etibarlı əllərə keçir", - o deyib.

Sevinc Qarayeva 

 





23.10.2024    çap et  çap et