Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı bəyanatlarla Kiyev və Brüssel bütün Avropanı münaqişəyə sürükləməyə çalışırlar.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
O deyib ki, Budapeşt hadisələrin belə inkişafını görmək istəmir. Orbanın sözlərinə görə, Vladimir Zelenskinin “qələbə planı” əslində münaqişəni genişləndirmək, hərbi əməliyyatları Rusiya ərazisinə keçirmək və NATO-ya üzv olmaqdan ibarətdir.
Xatırladaq ki, bu, Macarıstanın Baş nazirinin Qərbə qarşı ilk çıxışı deyil. Viktor Orban daha əvvəl bildirmişdi ki, Qərb Ukrayna münaqişəsində Kiyevin tərəfini tutmaqla artıq uduzub.
İbrahim Cəfərov
çap et