525.Az

"El-Klassiko"nu buraxacaqlar


 

"El-Klassiko"nu buraxacaqlar<b style="color:red"></b>


"Real"ın futbolçuları Rodriqo Qoes və Tibo Kurtua zədələnib.

QOL.az xəbər verir ki, 23 yaşlı hücumçu və 32 yaşlı qolkiper Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə matçda sıradan çıxıblar.

"Relevo"nun yaydığı məlumata görə, hər iki oyunçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Kurtua və Rodriqonun La Liqanın 11-ci turunda "Barselona" ilə oyunu buraxacaqları dəqiqdir. 

Klubun yaydığı açıqlamaya görə, Kurtua La Liqada "Valensiya" ilə, Çempionlar Liqasında "Milan"la matçlarda da iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 26-da, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

 





23.10.2024    çap et  çap et