Florida ştatında 13 nəfər nadir rast gəlinən bakteriyanın qurbanı olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəlik ştatın ərazisində baş verən son 2 qasırğadan sonra yayılıb.
Floridanın səhiyyə təşkilatının yaydığı məlumatda cari il "Vibrio vulnificus" adlandırılan bakteriyaya ümumilikdə 74 yoluxma faktı qeydə alındığı bildirilir. Ötən il bu rəqəm 46 idi. Yeri gəlmişkən, inişil 17 nəfər bu xəstəlikdən vəfat edib.
İnfeksiyaya daha çox Sitrus, Ernando, Hallsboro, Li, Pasko, Pinellas və Sarasota bölgələrində yoluxulub.
"Vibrio vulnificus" insan orqanizminə düşəndə ciddi fəsadlara, hətta ölümə səbəb ola bilir. Ona yoluxanların dərisi və yumşaq toxuması məhv olur.
Həkimlər çox vaxt xəstəni xilas etmək üçün ətrafları amputasiya etməyə məcburiyyətində qalır.
Qeyd edək ki, həkimlər isti su hövzələrində yaşayan "Vibrio vulnificus"un insan orqanizminə açıq yara və oral yolla daxil olduğunu bildirir.
L.Tağıyeva
çap et