525.Az

Uruqvay prezidentinin köhnə avtomobilinə bir milyon dollar təklif edildi


 

Uruqvay prezidentinin köhnə avtomobilinə bir milyon dollar təklif edildi<b style="color:red"></b>

Uruqvay prezidenti Xose Muxikaya onun köhnə “Volkswagen Beetle” markalı avtomobilinə görə bir milyon dollar təklif edilib.

525.az-ın Azərtaca istinadən məlumatına görə, Muxika bu təklifin ona Boliviyada keçirilən beynəlxalq sammit zamanı ərəb şeyxi tərəfindən edildiyini bildirib. Avtomobil həvəskarı olmadığını deyən 79 yaşlı prezident köhnə avtomobilini satacağı təqdirdə əldə olunan gəliri dəstəklədiyi evsizlərin yaşayış yerləri ilə təmin edilməsi ilə bağı proqramının hesabına keçirəcəyini qeyd edib.
 
Hazırda uruqvaylıların sevərək Pepe adlandırdıqları prezident köhnə fermada yaşayır və maaşının böyük hissəsini kasıblara verir. 2010-cu ildə təqdim etdiyi şəxsi əmlak haqqında deklarasiyada o, var-dövlətinin 1800 dollardan ibarət olduğunu göstərib. Ölkə əhalisi arasında keçirilən sosial sorğunun nəticələrinə görə, dünyanın ən kasıb prezidenti olan Muxikanı uruqvaylıların 60 faizi dəstəkləyir. Lakin Uruqvay qanunlarına görə prezident bu vəzifəyə ikinci dəfə seçilə bilməz. Qeyd edək ki, Xose Muxikanın prezidentlik müddəti bu il başa çatır.

 





08.11.2014    çap et  çap et