525.Az

İspaniyanın “Telemadrid” telekanalında Azərbaycana həsr olunan veriliş yayımlanacaq


 

İspaniyanın “Telemadrid” telekanalında Azərbaycana həsr olunan veriliş yayımlanacaq<b style="color:red"></b> Noyabrın 10-da yerli vaxtla saat 22:00-da İspaniyanın “Telemadrid” televiziya kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq.
 
525.az-ın Azərtaca istinadən məlumatına görə, “Madrilenos por el mundo” verilişinin növbəti buraxılışının Azərbaycan həsr olunduğu barədə anons verilib. Qeyd olunub ki, dünyanın nisbətən az tanınan bölgələrindən biri Azərbaycanın paytaxtı Bakı göydələnləri, otelləri ilə seçilən, küçələrində bahalı avtomobillər şütüyən müasir şəhərdir.

Bildirilib ki, Azərbaycan tarixi “İpək yolu”nun bir hissəsidir, mədəniyyətlərin qovuşuğunda yerləşir, neftlə zəngin ölkədir.
 
Həmçinin, 2015-ci ildə ilk Avropa Oyunlarının da Bakıda keçiriləcəyi ölkəmizin sürətli inkişaf göstəricisi kimi qeyd olunub.
 





08.11.2014    çap et  çap et