525.Az

Azərbaycanda 9 ayda dövlət xəttilə 366 milyon manat ipoteka krediti verilib


 

Azərbaycanda 9 ayda dövlət xəttilə 366 milyon manat ipoteka krediti verilib<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,9 % azalaraq 308 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 66,7 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manata düşüb.

 





24.10.2024    çap et  çap et