525.Az

Azərbaycan millisi yenə gerilədi - FİFA reytinqində neçənciyik?


 

Azərbaycan millisi yenə gerilədi - <b style="color:red"> FİFA reytinqində neçənciyik?</b>

FİFA-nın yeni reytinq cədvəli açıqlanıb.

525.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi siyahıda 5 pillə geriləyib.

Milli komanda hazırda 1161.8 xalla 118-ci pillədə qərarlaşıb.

Siyahıya son dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür..

Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç 28-ci (mövqeyində dəyişiklik yoxdur), Slovakiya 41-ci (+1), Estoniya isə 124-cü yeri tutur.

 





24.10.2024    çap et  çap et