525.Az

Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb


 

Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb<b style="color:red"></b>

Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.

525.az xəbər verir ki, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.

 





24.10.2024    çap et  çap et