Terror riskinə görə Türkiyənin bütün hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib.
525.az bu barədə “Hürriyet”ə istinadən xəbər verir.
Bildirilir ki, bu qərar dünən Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) baş verən terror aktından sonra qəbul edilib.
Hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən sərnişinlərdən aeroporta tez gəlmələri istənilib.
Xatırladaq ki, dünən TUSAŞ-da baş verən terror aktında 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
İbrahim Cəfərov
çap et