Finlandiya və Rusiya sərhədində iki müvəqqəti nəzarət-buraxılış məntəqəsi - Parikkala və İnari fəaliyyətini dayandırıb.
525.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi öz saytında məlumat yayıb.
Sərhəd mühafizəsinin sözçüsü Marko Saareks bildirib ki, fevralın 21-də Moskva Helsinkiyə bu sərhəd postlarının həmişəlik bağlanmasını təklif edib.
Finlandiya və Rusiya arasında sərhəd-keçid məntəqələri haqqında razılaşmaya əsasən, belə müvəqqəti sərhəd-keçid məntəqələrinin açılması və bağlanması iki ölkənin sərhəd mühafizəsinin rəisləri tərəfindən həll edilir.
"Oktyabr ayında Rusiya və Finlandiya Sərhəd Mühafizəsinin rəisləri Parikkala və İnaridəki müvəqqəti sərhəd keçidlərini birdəfəlik bağlamaq qərarına gəliblər", - Finlandiya Sərhəd Mühafizəsinin açıqlamasında deyilir.
İbrahim Cəfərov
çap et