525.Az

Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib


 

Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib<b style="color:red"></b>

Ötən gün Ankarada TUSAŞ-ın müəssisəsində törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib.

525.az "Report"-a istinadən xəbər verir, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.

O, Ankarada 5 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verən ölkələrə təşəkkür edib.

Qeyd edək ki, ötən gün terrorçuların Ankaranın Kahramankazan rayonunda TUSAŞ-ın müəssisəsinə hücumu nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

 





24.10.2024    çap et  çap et