525.Az

AYNA "İcazə" blanklarının qalıq sayını açıqlayıb


 

AYNA "İcazə" blanklarının qalıq sayını açıqlayıb<b style="color:red"></b>

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit "İcazə" blanklarının qalıq sayı açıqlanıb.

525.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, onların ümumi sayı 1 176-dır.

Belə ki, "İcazə" blanklarının qalıq sayı Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) 135, Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) – 293, Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) – 362, Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün isə 386 təşkil edir.

 





24.10.2024    çap et  çap et