525.Az

ABŞ qoşunlarının təminat bazasında yanğın


 

ABŞ qoşunlarının təminat bazasında yanğın<b style="color:red"></b>

Cənubi Koreyanın Pusan şəhərində ABŞ qoşunlarının 55-ci təminat bazasında güclü yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 13:30) başlayıb.

Anbar Pusanın mərkəzində yerləşdiyindən şəhər rəhbərliyi məsələyə xüsusi diqqət ayırır. Bunu və yanğının miqyasını nəzərə alan meriya əraziyə xeyli canlı qüvvə və texnika səfərbər edib.  Konkret olaraq, 160 canlı qüvvə, 50 müxtəlif çaplı texnika alovla mübarizə aparır.

Göstərilən səylərə baxmayaraq, yanğını hələ də söndürmək mümkün olmayıb.
Qeyd edək ki, yerli KİV anbarda əsasən hərbi texnikanın olduğunu bildirir.

L.Tağıyeva

 





24.10.2024    çap et  çap et