525.Az

Norveçdə qatar qəzası


 

Norveçdə qatar qəzası<b style="color:red"></b>

Norveçin Nurland bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 vaqondan ibarət qatar relsdən çıxıb, bəzi vaqonlar aşıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları gəliblər.

Qəza anımda qatarda 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində ölən olmasa da, sərnişinlərin əksəriyyəti müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib.

L. Tağıyeva

 





24.10.2024    çap et  çap et