525.Az

Rusiyada "İlin qadın müğənnisi" seçildi


 

Rusiyada "İlin qadın müğənnisi" seçildi<b style="color:red"></b>

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin apardığı sorğuya əsasən Polina Qaqarina "İlin qadın müğənnisi" adına layiq görülüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəyi soruşulanların 17 faizi ona səs verib.

İkinci yerdə 10 faiz səslə Larisa Dolina qərarlaşıb. Anna Asti ilə Valeriya və İrina Alleqrova dueti 3-cü olublar - 7 faiz.

Qeyd edək ki, Polina Qaqarina bununla ardıcıl 3-cü ildir ki, Rusiyada ilin qadın müğənnisi seçilir.

L.Tağıyeva

 





24.10.2024    çap et  çap et