525.Az

İsrail ordusu daha bir HƏMAS komandirini zərərsizləşdirib


 

İsrail ordusu daha bir HƏMAS komandirini zərərsizləşdirib<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Nuxba Qüvvələrinin komandirini dünən Qəzza zolağına endirdiyi hava hücumunda zərərsizləşdirib.

525.az APA-ya istinadən xəbər verir ki, HƏMAS-ın Bureyc batalyonunda Nuxba komandiri kimi xidmət etmiş Məhəmməd Əbu Attavi 2022-ci ilin iyul ayından BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyində (UNRWA) işləyib.

Əbu Attavinin ötən ilin oktyabr ayının 7-də İsraildə mülki şəxslərin qətlində və oğurlanmasında iştirak etdiyi bildirilir.

 





24.10.2024    çap et  çap et