525.Az

İndoneziyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb


 

İndoneziyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb<b style="color:red"></b>

Fevralın 14-də İndoneziyada keçirilən prezident seçkilərində qalib gələn Prabovo Subianto and içib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, andiçmə mərasimi yeni paytaxt Nusantarada keçirilib.

Mərasimdə İndoneziyanın 8-ci prezidenti seçilən Subianto and içib.

Subianto açıqlamasında bildirib ki, prezidentliyi dövründə “xalqın və ölkəsinin maraqlarını nəzərə alacaq”.

Prezidentin yeni müavini təyin edilən keçmiş prezident Coko Vidodonun oğlu Gibran Rakabuminq Raka da and içib.

Qeyd edək ki, Subianto əvvəllər müdafiə naziri, Cibran isə Surakarta şəhərinin meri olub.

Malik Atilay 

 





23.10.2024    çap et  çap et