525.Az

Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirilib


 

Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirilib<b style="color:red"></b>

AFFA-nın inzibati binasında UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirilib.

525.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik ediblər.

Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü mərhələsi dekabrın 3-dən 6-dək, dördüncü mərhələsi isə dekabrın 16-dan 23-dək olacaq.

 





25.10.2024    çap et  çap et