525.Az

Ukraynada seçkilərin yekun nəticələri açıqlanıb


 

Ukraynada seçkilərin yekun nəticələri açıqlanıb<b style="color:red"></b>

Ukraynada keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı protokolların 100% hesablanmasından sonra baş nazir Arseni Yasenyukun Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,14 faizini, "Petro Poroşenkonun bloku" isə 21,18 faizini toplayıb.
 
“Özünəyardım” partiyası 10,97 faiz, " Müxalifətçi blok " 9,43 faiz, Radikal Partiya 7,44 faiz, “Batkivşina” isə 5,68 faiz səs toplayıb.

 





08.11.2014    çap et  çap et