525.Az

Qırğızıstanın dövlət himni dəyişdiriləcək


 

Qırğızıstanın dövlət himni dəyişdiriləcək<b style="color:red"></b>

Qırğızıstan Parlamentinin spikeri Nurlanbek Şakiyev dövlət himninin dəyişdiriləcəyini açıqlayıb.

525.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, o, Qara-Qırğız Muxtar Vilayətinin 100, tanınmış dövlət xadimi İmanalı Aydarbekovun 140 illiyi münasibətilə keçirilən tədbirdə bu fikri səsləndirib.

"Biz indiki himni SSRİ-dən ayrıldıqda qəbul etmişdik. O vaxtdan ölkəmiz getdikcə inkişaf edir. Ona görə himnimizi dəyişməliyik ki, bütün qırğızlar onu oxusunlar" - deyə, Nurlanbek Şakiyev bildirib.

Qeyd edək ki, Qırğızıstanın hazırki himni 1992-ci il dekabrın 18-də ölkənin Ali Soveti tərəfindən qəbul olunub.

L.Tağıyeva

 





25.10.2024    çap et  çap et