525.Az

Zelenski Quterreşin Ukraynaya səfərinə icazə vermədi - BRİKS sammitində iştirakına görə


 

Zelenski Quterreşin Ukraynaya səfərinə icazə vermədi - <b style="color:red"> BRİKS sammitində iştirakına görə</b>

Vladimir Zelenski Kazanda BRİKS sammitində iştirak etdiyi üçün BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərinə icazə verməyib.

525.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Ukrayna liderinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

“Kazandan sonra Quterreş Ukraynaya gəlmək istəyirdi. Lakin Zelenski bu səfərə razılıq vermədi. Buna görə də Quterreş burada olmayacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 23-də Kazana gələrək BRİKS sammitində iştirak edib. Sammit çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

İbrahim Cəfərov

 





25.10.2024    çap et  çap et