525.Az

Millimiz pley-offda ilk oyununu keçirdi


 

Millimiz pley-offda ilk oyununu keçirdi<b style="color:red"></b>

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 58-ci dəqiqədə Nazlıcan Parlak vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Vizelada keçiriləcək.

 





25.10.2024    çap et  çap et