525.Az

La-Manş boğazını keçməyə çalışan qayıq batdı: 3 nəfər öldü


 

La-Manş boğazını keçməyə çalışan qayıq batdı: <b style="color:red">3 nəfər öldü</b>

Fransa ilə İngiltərə arasında Manş boğazını keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan qayığın batdığı, ilkin tapıntılara görə 3 nəfərin həyatını itirdiyi açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Dəniz Administrasiyası, Fransanın şimalındakı Pas-de-Kale bölgəsindəki Sanqatte sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın bu gün səhər saatlarında batdığını açıqlayıb.

Fransa Dəniz Administrasiyası, xilasetmə qruplarının yerli vaxtla 08:00 radələrində baş verən hadisədən sonra suya düşən 48 qeyri-qanuni miqranta müdaxilə etdiyini və ilkin təsbitlərə görə 3 miqrantın həyatını itirdiyini, 1-nin isə yaralandığını qeyd edib.

İlin əvvəlindən Fransadan İngiltərəyə Manş boğazını keçən qeyri-qanuni mühacirlərin sayı 26 mini keçib.

Qeyd edək ki, bu il 54-dən çox qeyri-qanuni miqrant La-Manş boğazını keçməyə cəhd edərkən həyatını itirib.

Malik Atilay 

 





25.10.2024    çap et  çap et