525.Az

Pirallahıda ağacəkmə aksiyası keçirilib


 

Pirallahıda ağacəkmə aksiyası keçirilib<b style="color:red"></b>

Bakı Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

525.az-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3 mindən çox Eldar Şamı və 2 mindən çox oleandr kolları əkilib.

Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

 





26.10.2024    çap et  çap et