525.Az

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb


 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb<b style="color:red"></b>

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2206 seçki məntəqəsində səslərin hesablanmasından sonra ilkin nəticələri açıqlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, MSK-nın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 52,991% səs toplayıb.

Partiyaya 935 004 seçici səs verib. Ən çox səs toplayan müxalifət koalisiyası “Dəyişiklik üçün Koalisiya” 11,2% (197 619 səs) olub.

Qeyd edək ki, səsvermə 3111 seçki məntəqəsində baş tutub.

 





27.10.2024    çap et  çap et