525.Az

Gimnastlarımızdan Almaniyada iki qızıl medal


 

Gimnastlarımızdan Almaniyada iki qızıl medal<b style="color:red"></b>

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Bu barədə 525.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 





27.10.2024    çap et  çap et