525.Az

Harris seçicilərin dəstəyinə görə Trampı 2 faiz üstələyir


 

Harris seçicilərin dəstəyinə görə Trampı 2 faiz üstələyir<b style="color:red"></b>

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qeydə alınmış seçicilərin dəstəyinə görə Respublikaçı rəqibi Donald Trampı 2 faiz qabaqlayır.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bazar günü ABC telekanalının Ipsos sosioloji xidməti ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin 49%-i Harrisin lehinə, 47%-i Trampa səs vermək niyyətindədir.

 





27.10.2024    çap et  çap et