525.Az

Filippində “Trami” qasırğası nəticəsində 110 nəfər ölüb


 

Filippində “Trami” qasırğası nəticəsində 110 nəfər ölüb<b style="color:red"></b>

Filippinin şimalındakı Luzon adasında tüğyan edən "Trami" tropik fırtınasında ölənlərin sayı 110 nəfərə çatıb.

525.az bu barədə “Report” -ə istinadən xəbər verir.

"Bazar günü axşam elan edildiyi kimi (yerli vaxtla - red.) azı 110 nəfər öldü", - agentlik bildirib. Həmçinin vurğulanıb ki, azı 42 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, daha əvvəl 81 nəfərin öldüyü bildirilib.

 





27.10.2024    çap et  çap et