525.Az

Sabah BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək


 

Sabah BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası oktyabrın 28-də keçiriləcək.

525.az bu barədə APA-ya  istinadən xəbər verir. 

“Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının müraciəti əsasında Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək" - agentliyin həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri kimi İsveçrədən İsrailin zərbəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş etmişdi.

 





27.10.2024    çap et  çap et