525.Az

Misir prezidenti Qəzzada müvəqqəti atəşkəs və girovların azad edilməsini təklif edib


 

Misir prezidenti Qəzzada müvəqqəti atəşkəs və girovların azad edilməsini təklif edib<b style="color:red"></b>

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında müvəqqəti atəşkəsin bağlanmasını və bölgədə tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovun azad edilməsini təklif edib.

525.az  APA-ya istinadən xəbər verir ki, ölkə prezidenti bunu Qahirədə əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

Misir liderinin sözlərinə görə, müvəqqəti razılıq əldə edildikdən sonra Qəzzada tam atəşkəsə keçidlə bağlı on gün ərzində məsləhətləşmələr aparılmalıdır.

 





27.10.2024    çap et  çap et