525.Az

Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var


 

Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var<b style="color:red"></b>

Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.

525.az Report-a istinadən xəbər vəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb. "Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur", - nazirlikdən bildirilib.

Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.

Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.

 





27.10.2024    çap et  çap et