525.Az

Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb


 

Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb<b style="color:red"></b>

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

525.az “Report” -a istinadən xəbər verir ki, brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib.

“Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.

 





27.10.2024    çap et  çap et