Rusiyalı tanınmış həkim- terapevt Aleksey Popov hansı məhsulların orqanizmdə dəmir çatışmazlığını aradan qaldırdığını və hemoqlabini yüksəltdiyini açıqlayıb.
525.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında orqanizmin iki formada dəmir qəbul etdiyini söyləyib. Bunlar maye şəklində olan qidalar və heyvan mənşəli qidalardır.
Onun sözlərinə görə, vitamin C, limon, portağal və ya qreyfurt şirəsi, giləmeyvələr, kələm və qırmızı bibər tərkibli yeməklər dəmir çatışmazlığına müsbət təsir göstərir. Eyni zamanda, yumurta, günəbaxan tumu, sarımsaq, soğan, brokkoli, brüssel kələmi, ət, toyuq və balıq da dəmir çatışmazlığını aradan qaldıran qidalar arasındadır.
Həkim A vitamini tərkibli qidaları da məsləhət görür ki, bu da əsasən yemiş, kök, mal ciyəri, şüyüd, badımcan, göbələk və cəfəridə olur.
Həkimin sözlərinə görə, anemiya və dəmir çatışmazlığı zamanı həkimə müraciət etmək lazımdır. Çünki həkim səbəbi tapıb və ona uyğun müalicə müəyyən edəcək.
Pərvanə Sultanova
çap et