Arxeoloqlar Özbəkistanda qədim İpək Yolu üzərində olmuş iki qədim şəhər aşkar ediblər.
525.az xəbər verir ki, şəhərlər Özbəkistanın cənub-şərqində dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşib.
Arxeoloji tədqiqatlar aparan Vaşinqton universitetinin əməkdaşı Sent-Lies Fraketti və Özbəkistan Elmlər Akademiyasının Arxielogiya milli mərkəzinin rəhbəri Farxoda Maksudova bildiriblər ki, bunlar Taşbulaq və Tuqunbulak şəhərləridir.
Taşbulağın dağıntıları 2011-ci ildə,Tuqunbulakın isə 2015-ci ildə aşkarlanıb. 2022-ci ildə omlar xəritəyə daxil edilib. Şəhərlərin konturları pilotsuz aparatlar vasitəsilə müəyyən edilib.
Məlum olub ki, Tuqunbulak 120 hektar ərazini əhatə edib, Taşbulaq isə 15 hektar olub. Ərazidə yaşayış evləri, qalalar olub, araşdırmalar davam edir.
Pərvanə Sultanova
çap et