525.Az

“Hizbullah” İsrail ərazisinə yeni zərbələr endirib


 

“Hizbullah” İsrail ərazisinə yeni zərbələr endirib<b style="color:red"></b>

Livanın “Hizbullah” təşkilatı İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında məlumat verilib.

İsrailin şimal-qərbində yerləşən Akko şəhərindəki hərbi-sənaye müəssisəsi PUA hücumuna məruz qalıb.

Bundan başqa, İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinə də bir neçə raket atılıb.

 





28.10.2024    çap et  çap et