Fransa höküməti UEFA Millətlər Liqasında İsraillə keçiriləcək oyun zamanı təhlükəsizliyin qorunması üçün arenaya çox sayda polis əməkdaşı cəlb edəcək.
525.az "Report"-a istinadən xəbər verir ki, Parisdə keçiriləcək görüşdə qonaqların təhlükəsizliyini təmin etmək üçün dronlar və snayperlərin də xidmətindən istifadə olunacaq.
Qeyd edək ki, Fransa - İsrail matçı noyabrın 14-də baş tutacaq.
çap et