525.Az

Dost məclisində sağlıq


 

Dost məclisində sağlıq<b style="color:red"></b>

Əzizimiz Qulu müəllim... Biz Sizinlə vaxt tanış olmuşuq? Xatırlayırsınızmı? Çətin... Əgər mən xatırlaya bilmirəmsə, Siz haradan xatırlayasınız?..

Bax, buyaddaşsızlıqməqamında fikirləşirəm ki, Sizi birinci dəfə harada necə görməyimi yada sala bilməməyim, əslində, çox vacib bir mətləbdən xəbər verir: doğmalıqdan. Soruşuram: “İnsan kiminlə ilk tanışlığını heç vaxt yadına sala bilməyəcək?” Cavab birdir: “Ən doğma adamları ilə, göz açıb gördüyü insanlarla, ailə uzvləri ilə”. Biz Sizinlə qohum deyilik, amma Sizəailə üzvüdeyə bilirik. Sizdanışan güzgüdən bizim evimizə gələn, üzünə heç zaman ekranı bağlamadığımız əzizimizsiniz. Bu mənada Siz bizim böyük ailəmizin üzvüsünüz, ona görə SizəƏziz Qulu müəllimdeyil, “Əzizimiz Qulu müəllimdeyə səsləndim. Əvəzində Sizin səsinizi eşitdim. Səsiniz Norveçdən gəlirdi, 18 il əvvəldən...

Aynur, gözlərini . Dünyaya bax, bunları bir görməyəcəksən”. 1995-ci ilin aprelidir. Biz Norveçdəyik. Hava dumanlı, tutqun, mən yorğun. 24 yaşım təzəcə tamam olub: gəncəm, xoşbəxtəm, qəzetdə çalışıram, sevdiyim işlə məşğulam. Prezidenti müşayiət edən jurnalistlər sırasında 4 günün içində üçüncü ölkəyə səyahət edirəm, yol məni tutub, avtobusda mürgüləyirəm. birdən: “Aynur, gözlərini ”...

, Qulu müəllim, Sizi ilk tanıdığım o an oldu. Bu məqam məni mən edəcək məqam idi. mən bu məqamı həmin aprel ayının əvvəlində Pakistana səfərimiz zamanı Mais Məmmədovun: “Bəs anana almısan? İlk hədiyyəni həmişə anana al”, “Yazını gedən kimi yaz, birinci günə saxlama”, Elmira Əmrahqızının Brüsseldə gecə ilə mənim çemodanlarımı yığıb başqa oteldən (mənim qaldığım otel ona xoş gəlməmişdi) öz qaldığı nömrəyə daşıması, elə həmin gecə Elmira Axundovanın yastıdaban çəkmələrini mənə verib: “Get, Brüsseli gəz, bir vaxt görəcəkcən?”- deyib yola salması kimi məqamlarla bir sıraya qoyuram dərin minnətdarlıqla xatırlayıram... Yadıma başqa bir məqam da düşür...

Norveçdən bir gün əvvəl Brüsseldəyik. Səhərdir, avtobusda otelin qarşısında həmkarlarımızı gözləyirik. Qulu müəllim, siz operator gecikirdiniz, avtobusdakılar da deyinirdilər, bir az gərginlik yaranırdı elə bil. Amma Siz avtobusun qapısından elə işıqlı bir təbəssümlə girib, elə şirin salamlaşdınız ki, sanki bir andaca salona xoş hava doldu, tamamilə başqa atmosfer yarandı. Bu, ekrandan gördüyüm təbəssüm, səmimi bir manera idi. Siz bizi dərhal ələ aldınız. Qulu müəllim, sonralar mən biləndə ki, siz Şuşada oxumusunuz, bax onda Şuşanı görmüş sevmiş bir insan kimi Sizin təbiətinizi Şuşanın təbiətinə bənzətdim. Bu təbiətdir, ancaq Şuşanı görənlər bilər...

Həmin Norveç səfərini bir xatırlayıram. Biz Oslodan Stavangerə gəldik. Oslodan fərqli olaraq bura günəşli idi. Həmin o günəşli gündə biz, jurnalistlər, şəhəri gəzirdik, Siz isə Prezidentlə birlikdə Şimal dənizindəkiSleypnerplatformasına getmişdiniz. Biz hamımız bu səfər barədə həmin günün axşamıStatoylun ofisində Azərbaycanın dövlət başçısının şərəfinə verilən rəsmi ziyafət zamanı Prezidentin öz dilindən eşidəcəkdik. İndinin özündə arxivimin ən dəyərli materiallarından biri saydığım köhnə maqnitofon kasetinə qulaq asanda gülüş səsləri ilə alqışlar bir-birini sürətlə əvəz etdikcə Cənab Prezidentin iti müşahidəsindən doğan incə yumorundan doya bilmirəm...

Bu kaseti arxivimdə saxlamağımın səbəblərindən biri səfərdən qayıdandan sonra AzTV-nin ziyafət barədə ancaq rəsmi məlumat verməsi oldu. AzərTAc da ziyafətin detallarına varmamışdı. Burada qaranlıq bir şey yox idi: nəyin efirə gedib, nəyin getməməsi siyasi qərardır. Amma mən bu siyasi qərarın arxasında jurnalistika tarixi üçün önəmli olan bir məqamı qeyd etmək istəyirəm. Bu məqam Ulu Öndərin materialın efirə gedib-getməməsi ilə bağlı həm siyasətçilərin, həm jurnalistlərin fikrini soruşanda Sizin çoxlarından fərqli olaraq, bu unikal ziyafətin efirə getməsinin məqsədəuyğun olmamasını məntiqlə əsaslandıra bilməyiniz cənab Prezidentin: “Qulu düz deyir”,- təsdiqini almanız idi. İllər keçəcək, Elmira Axundova həmin gecəni, o ziyafətiŞəxsiyyət zamanəsərində qələmə alacaq. Amma bu artıq publisistikadır, tarixdir Prezidentin bioqrafı olaraq onu qələmə almamaq günahdır. Mənim vurğulamaq istədiyim isə jurnalistikanın siyasi qərar qəbuletmədə rolu sırf jurnalistika tarixi baxımından bir tədqiqatçı kimi gətirdiyim bu misalın tələbələrə tədris edilməsi önəmli bir örnək olmasıdır.

Bu yerdə, Qulu müəllim, tələbələrdən bizim sizinlə illərdən bəri (artıq beşinci ildir ki,) birgə çalışdığımız  bir layihədən danışmalıyam. Bu, Avropa ŞurasınınAzərbaycan jurnalistika tədrisinin inkişafına dəstəklayihəsidir. Siz layihədə Radio komandasının rəhbərisiniz. Bu layihədə , adətiniz üzrə bütün görüşlərə gecikirsiniz. Amma gəlirsiniz. Gəlirsiz vaxt, necə gəlməyinizdən asılı olmayaraq, sözünüzü məqamında deyirsiniz. Siz dəyirmi masalarda, görüşlərdə söz alanda bəndəniz, layihənin meneceri kimi, rahat nəfəs alır deyir ki, gec olsun, amma gecikmiş olmasın... Təki Siz gələsiniz...

... Geciksəniz , gecikməyəcəksiniz Qulu müəllim. Nəyə gecikməyəcəksiniz? Sözünüzü zamanında deməyə. Bir vaxtlar: “Aynur gözlərini ”?- dediyiniz kimi. Qulu müəllim, Siz bunu tək mən Aynura yox, çox aynurlara bütün Azərbaycana deyə bildiniz... İncə deyə bildiniz, oxunaqlı deyə bildiniz, gözəl deyə bildiniz. 60 yaşın astanasında da deyə bildiniz...

...Yaşdan gözəllikdən danışmaq istəyirəm. Ramiz Rövşənin bir şeiri var, sevgilərin ən  çətininin qocalanda özünü sevmək olması barədə. O gün oxuyurdum, ruhuma çox doğma gəldi. Bu bir həqiqətdir ki, insan 40 yaşında 20 yaşındakı deyil. Elə ən azından bu cümlələri yazan 42 yaşlı Aynur 24 yaşlı qız deyil. Dünya Sizi tanıdığım 90-lardan sonra çox dəyişib, Qulu müəllim. Gözəl əşyalar çoxalıb: gözəl libaslar, gözəl maşınlar, gözəl evlər, cildi gözəl kitablar... Fərqindəsinizmi? Bir nəsnənin qədər çeşidi olar, bir rəngin qədər çaları olar? Əvvəllər evdə iynə-sap qutusunda yeddi rəng sap olardı. Hansı rəngdə parça alırdınsa, bu yeddi rəngdən biri düşürdü parçanın rənginə, tikirdin. İndi evdə yüz rəng sap olsa da, tikmək lazım gələndə görürsən ki, parçanın çalarını tapmaq olmur. Bunu nəyin üstündən deyirəm? Əşyaların çoxalıb, çeşidlənməsindən, gözəlləşməsindən. Fəqət gözəl insanlar azalıb, Qulu müəllim. Fərqindəsinizmi? Siz mənim üçün  gözəl insanlardansınız. mən əminəm ki, bu gözəllik il üstünə il gəldikcə artacaq. Biz Sizi, ən əsası isə, Siz özünüzü hələ bundan sonra çox sevəcəksiniz...

Böyük ailənin adından: sayğı sevgilərlə:

Aynur BƏŞİRLİ,
Bakı Slavyan Universitetinin Yeni media kafedrasının müdiri, dosent

 





10.11.2014    çap et  çap et