525.Az

Həqiqi həkimə daha yaxın


 

MÜRSƏL QARAYEV-95

Həqiqi həkimə daha yaxın<b style="color:red"></b>

Hamımızın ara-sıra hələ Basindediyimiz Füzuli küçəsindən tez-tez keçirəm. Evim yaxınlıqdadır. Noyabrın 5-i, axşamüstüdür, yenə evə qayıdıram. Bir vaxtlar doktor Qarayevin uzun müddət işlədiyi, xalq arasındakəndçilər xəstəxanasıadıyla məşhur olan (bu ad həmin xəstəxanaya  imkansız adamlarımıza daha əlçatan olduğu üçün verilib) 4 saylı xəstəxananın qabağından növbəti dəfə  keçəndə, xatırlayıram ki, dünən onun doğum günü idi. Yaşasaydı, 95 yaşı olacaqdı. onu kimi böyük həkimlərə, cərrahlara indi daha çox ehtiyac var...

 Böyük qəlbə malik şəxsiyyət,  beş minə yaxın insanı əməliyyat eləmiş virtuoz cərrah nəhayət XX əsr Azərbaycan tarixində böyük xidmətləri olmuş Qarayevlər nəslinin tanınmış nümayəndəsi doktor Mürsəl Əbülfəz oğlu Qarayev haqqındakı bu yazı xeyli əvvəl yazılıb. Vaxtilə doktor Qarayev haqqında söhbət etdiyim, onunla dost yoldaş olmuş adamların çoxu dünyasını dəyişib. Amma xatirələrin qəribə keyfiyyəti var-onları danışan adamlar bizi tərk etdikcə, xatırlanan obraz dərinləşir, dəqiqləşir, nağıl qəhrəmanları kimi sanki daha görünən olur. Həmin obraz sanki yenidən bizim aramıza qayıdır, bizim üçün  nümunəyə çevrilir...

Xaqani Bülbül küçələrinin kəsişməsində taksiyə  yaxınlaşıram. Gedəcəyim yeri deyirəm, gedirik. Yolboyu sussaq da, “Azneftmeydanına çatıb işıqforda dayananda, sürücü deyir ki, düz 40 il əvvəl elə bax, burda dayandıq, radio Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması xəbərini verdi. Qara müəllim maşındaydı. “Hansı Qara?” – soruşuram. “Qara Qarayev” – deyir. O vaxt da taksidə işləyirdiz?” – soruşuram. “Yox, Qarayevin sürücüsü idim...” – deyir, sonra da xeyli maraqlı təfsilatlar danışır. Qəfildən soruşuram: “Mürsəl Qarayevi tanıyırdız?”. “Əlbəttə, o qədər gəzdirmişəm ki...” “Necə adam idi?” Cəmi dörd söz deyir, özü rusca: “On bıl moşneyşim xirurqom”. Xatırlayıram ki, illər əvvəl Mürsəl Qarayevin həyatıyla maraqlanmışam, yazı yazmışam. Həmin vaxtı, görüşdüyüm adamları xatırlayır, Mürsəl Qarayevin şəkillərdən tanıdığım qarayanız, əzələli, qürurlu sifətini yadıma salıram. “İnsan ömrü yazıdıdeyə fikirləşirəm. Yadıma düşür ki, bir neçə gündən sonra, noyabrın 4- onun doğum günüdür, yaşasaydı, on minlərlə insana həyat verən bu əfsanəvi cərrahın 95 yaşı olacaqdı. Külək taksinin qapısını məndən əvvəl bağlamaq istəyəndə sürücüdən telefonunu soruşuram. Deyir. Yazıram. Uzaqlaşanda ardımca səsini eşidirəm: “Adım Ələsgərdi...”

lll

...İlk əvvəl musiqili reklam çarxı kimi nəzərdə tutulan, Brüs Herbertstounun çəkiliş prosesindəki sonrakı ciddi səyləri nəticəsində tammetrajlı kino əsərinə qədər böyüyənGünəşli vadinin serenadasıfilmini Mürsəl Qarayev çox sevirmiş. Mən Bakı kinomanlarının filmotekalarındakı uzun axtarışlardan sonra 1941-ci ildə çəkilmiş o -qara filmi tapıb baxdım. BəlkəBu, günəşli vadidə baş vermişdi”, “Çetanuqa Çu-çukimi mahnılar Herri Uorrenin musiqisi, Henri Millerin caz orkestrindəki saksafon partiyaları ifa tərzi, ya da ki, elə həmin Oskara layiq görülmüş “... çu-çunun ritminə uyğun ayaq döyən, nal taqqıldadan qaradərili rəqqasların rəqsiydi bu filmi ona sevdirən, kim bilir?

Amma məncə, həmin filmə olan sevginin əsas səbəbi başqa idi.

ABŞ istehsalı olan bu film yerli amerikan prokatına 1941-ci ilin yanvarında, yanvar ayının 26-da buraxılıb. Bu həmin dövr idi ki, Avropa yenicə düşdüyü qan girdabında boğulurdu, müharibə gedirdi. Doktor Qarayevo vaxtlar ömürlüyü tərcümeyi-hal vərəqələrinin ilk qrafalarında boy verən gənc adam da bu müharibədə, həkim-şəfaverici kimi olsa belə, iştirak etmək məcburiyyətində qaldı. Onda vur-tut 22 yaşı vardı. Sağlam, təmiz, inamlı, savadlı, qaynar, istedadlı, ekstrovert bu gənc faciə ilə çox tez üzləşdi. Əksəriyyətinümumun – “xorun ölümünüöz gözü ilə gördü ki, əsl faciə bu idi. Özü o faciəni profildən, öndən seyr etmədi, ona ən yaxın məsafədə oldu, onu içindən gördü. Bu isə cərrah peşəsinin verdiyi imtiyazdı. Peşələrin içində insana, deməli faciəyə ən yaxın, ən intim məsafəyə qədər gəlmək, hətta fiziki olaraq insanın içinə girmək icazəsi yalnız cərrahlıqdadır. faciəyə bu qədər yaxın gəlmiş gənc adam da  əlini, ayağını itirmiş pasiyentləri kimiöz ruhunun uclarını, kənarlarını, yəni, bir hissəsini, çox təəssüf ki, itirməli oldu. Elə ona görə müharibənin toxunmadığı, ayağı dəymədiyi məmləkətinqış nağılınısevməliydi, dövrün icazə verdiyi ruhi reabilitasiya tədbirləri görməli idi: sovet prokatıGünəşli vadinin serenadası müharibədən həmən sonra, Amerika ilə münasibətlərinin qısamüddətli istiləşməsi, soyuq müharibəyə qədərki müttəfiqlik dövründə əldə etmişdi; filmə çəkilən aktyorlar doktor Qarayevin müasirləri, demək olar ki, həmyaşıdları idi; o, müharibənin izi olmayan parıltılı gözlər, simalar axtarırdı bunları həmin filmdə tapmışdı da. Ona faciəni görməyən insanlar, insan obrazı lazım idi ki, sonradan o insan obrazı naminə çalışa bilsin, fədakarlıqla mübarizə aparsın. Bu təxminən, ayağı amputasiya olunmuş xəstənin hələ həmin boşluqda ayağını hiss etməsinə, yeriməyin isə yalnız protezlə, yaxud əsayla mümkünlüyünə inanmamasına bənzəyirdi. Belə olmasaydı, gecə gündüzlərin bütün saatlarında gözlənilməz xəstə çağırışlarına həyəcanla, qaçaraq getməz onabir az ağır ol, özünü tox tut, soyuqqanlı ol, axı, sən həkimsən” – deyə iradlar edilməzdi. Aşqabad zəlzələsindən zərər çəkənlərə kömək üçün göndərilən həkim briqadasına ürəyi atlanaraq yazılmaz, müharibə edən ərəb ölkələrinə hərbi həkim kimi ezam olunmaq arzusunu dəfələrlə dilə gətirməzdi. Öz sənəti deməli, özgələri üçün yaşayan XX əsrin böyük bəstəkarlarından biri olan qardaşı Qara Qarayevdənmüalicə olun, yaşa, yaxşı olar ki, sakit həyat keçirəsən...” – deyə məktub almazdı. Bir vaxtlar, hələ 13-14 yaşındaykənVətənin qədri əzizdir Sonaya canı kimi, / Sevər öz yurdunu qəlbindəki imanı kimi” – Sultanməcid Qənizadənin Aleksandr Vaynberqin bəyəndikləri, tərcümə etdikləri, Vətəni deməli, onun övladlarını da sevməyi təlqin edən misraların müəllifindənBakının məşhur hüquqşünaslarından biri olan İsgəndər bəyin qızındandoğma anasından dayalnız özünü fikirləştövsiyəsi ilə məktub almazdı. Müharibədən 7 il sonraonda Mürsəl Qarayevin 33 yaşı vardı, 1952-ci ildə atasıgörkəmli uşaq həkimi Əbülfəz Qarayevin ölümünə çox hazırlıqsız, sanki müharibənin dəhşətlərini heç görməyibmiş kimi yanaşmaz, körpə uşaq kimi hönkür-hönkür ağlamaz, hətta bu ölümdən sonra ağır streslər keçirib xəstələnməzdi. həmsöhbətlərimdən biriməncə, müharibəni görmüş, döyüşən orduda cərrah işləmiş adamın atasının ölümü vaxtı stress keçirməsi onun böyük insansevərliyindən danışırdeyəndə haqlıydı...

lll

Mürsəl Qarayev 1919-cu ildə anadan olmuşdu. Noyabrın 4-. Bu həmin dövr idi ki, Azərbaycan yüz illərdən sonra ilk dəfə müstəqil dövlətə, Bakı isə, böyük şəhər olmasına baxmayaraq, ilk dəfə paytaxtabirinci şəhərə çevrilmişdi, yəni, daha çox şəhər olmuşdu. Bu tarixdən 11 gün sonra Bakı Dövlət Universitetinin təsis olunub fəaliyyətə başlaması dabirinci şəhərlərinözəl keyfiyyəti saymaq olar ki, sonradan onun azərbaycanlı rektorlarından birinin doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli nümayəndəsi Abdulla Qarayevin təyin olunması nədənsə məndə təsadüf hissi yaratmır...

Deyirlər ki, dövrünün ilk savadlı qadınlarından olan, şairə yazıçı kimi tanınan Sona xanım AxundovaQarayeva uşaqlarını heç vaxt özündən ayırmaz, öz sözlərinə görə, sağında Qaranı, solunda isə Mürsəli uzadarmış, sübhədək əllərini bir-birlərindən ayırmayaraq yatarmışlar. Bu halın sonradan uşaqların istedadlı böyüməsində xüsusi rolu olduğu da bəllidi ki, bu artıq psixoanalizin əhatəsinə aid məsələdi.

Mürsəl Qarayev Əbülfəz QarayevinOdessa Tibb Universitetinin məzunu, milli pediatriyanın banisi, Bakının ilk uşaq müəssisələrinin təşkilatçılarından biri, Azərbaycan Demokratik Respublikasında ixtisası üzrə hərbi qulluqda olmuş, alman, rus dillərini osmanlı türkcəsini mükəmməl bilən milli təbiətli bir kişinin oğlu idi. Yeri gəlmişkən, atası sonradan,  milli hökumət strukturlarında çalışmasına görə, təqiblərə məruz qalmışdı.

Ciddi ev təhsili, alman dayə sonradan uşaqların intellektual böyüməsinə təkan olmuşdu. Mürsəl Qarayev musiqini çox sevir, saksafon ifaçılığı ilə məşğul olurdu ki, müharibədən sonra aldığı kontuziya sonradan onu musiqi ilə məşğulluqdan ayırmışdı. Amma onun bir ədəbiyyatçı, yazar ustalığına, dilinə vaqif olmasını mən bəzi elmi qeydlərindən məktublarından hiss etdim ki, bunu, yəqin, çox az adam bilir...

lll

 Mürsəl Qarayev virtuoz cərrahlıq texnikasına malik idi. Hətta deyirlər ki, sağ əli möhkəm əzildiyinə görə əməliyyatlardan birini tək əllə etməli olmuşdu. Ümumiyyətlə, həmin gün çox maraqlı sirli gün imiş. Gecə növbəsində əhəmiyyətsiz travma ilə xəstəxanaya düşən bir xəstəni əməliyyat etdikdən sonra onu diqqətlə müşahidə edən doktor Qarayev, həmin xəstəyəehtiyatlı olun, siz bura yenə düşə bilərsinizdeyib. 2 saatdan sonra həmin adam ağır bıçaq yarası ilə geri gətirilib.

Antik dövr bədii sənədləri arasında iki mətn – “Ezopun oğluna nəsihətləriHippokrat andıməni elə ilk oxulardaca heyrətləndirmişdi. Birincini oxuyandan sonraçoxtanrılı cəmiyyətin yetirdiyi adamın nəsihətləri monoteist din elçilərinin qoyduğu əsas qanunlarla necə olurdu ki, birə bir məntiq ardıcıllıqla bağlanırdı?” deyə öz-özümə sual etmişdim. Ezopdan təxminən 200 il sonra Hippokrat daha bir yazı yazmışdı sonradan bu sənəd tibbi etikanın ilk ən təsirli sənədinə çevrilmişdi. Mən həmin sənədin 1948-ci ildə Ümumdünya Tibb Assosiasiyasının Baş Assambleyasının redaktə etdiyi variantından danışmıram, həqiqi nüsxədən söz edirəm: “Mən həkim Apollona, Asklepiyə, Gigieyaya, Panakeyaya, bütün tanrı tanrıçalara onları şahid gətirərək and içirəm ki, öz gücüm ağlımın imkanları daxilində bundan sonra bütün söylədiklərimə vicdanla əməl edəcəm: mənə həkimlik öyrədən müəllimlərimi valideynlərimlə bərabər tutacam, onlarla ruzimi böləcəm lazım gələrsə, onlardan köməyimi əsirgəməyəcəyəm; onların nəslindən olanları öz qardaşlarım biləcəm, əgər istəyərlərsə bu sənəti onlara heç bir müqavilə olmadan əvəz gözləmədən öyrədəcəm; mənə olunmuş tövsiyələri, şifahi dərsləri bütün başqa təlimləri onlaraöz övladlarıma, müəllimlərimin övladlarına şagirdlərinə, yalnız yalnız onlara, başqa bir kimsəyə öyrətməyəcəyəm. Mən xəstələrin gündəliyini öz ağlım gücümə uyğun şəkildə yalnız onların xeyrinə yönəldəcəm, onlara qarşı ədalətsizlikdən pislikdən çəkinəcəm. Mən nəinki məndən ölüm istəyən xəstələrə kömək etməyəcəm, hətta bu fikri özlərinə yaxın buraxmamaları üçün yollar arayacam, tövsiyələr verəcəm, qadınları abort etməkdən saqındıracam...”

 Andın sonu xəstələrin, ümumiyyətlə insanların sirrini saxlamaq üçün götürülən öhdəlikdən ibarətdir. Evtanaziyanın, abortların hər cür murdarlığın bəraət aldığı, kütləviləşdiyi XX əsrin, xüsusən onun ikinci yarısının daha bir uyğun adıantihippokrat dövrü ola bilərdi.

Sadəcə Yunan-Roma əsatirlərindəki Apollonun, həkimlərin hamisi olmaqla yanaşı, həm sənət (musiqi, poeziya), öncəgörmə, şəhərsalma tanrısı olduğu çox maraqlı hal, maraqlı sistemləşmə kimi göründü mənə: fiziki sağlamlığı qoruyanların hamisi ruhi sağlamlığı qoruyanların da hamisi idi; o, həm gələcəkdənmüalicənin sonundan, müalicə etdiyi xəstənin sonrakı aqibətindən xəbərdar əmin olmalı idi; xəstəlik isə insanların sıx məskunlaşdığı yerlərdə, şəhərlərdə daha çox yayılır həkimlər daha çox orda tələb olunurdu.

Halbuki sonuncu monoteist din olan islamda YaradıcınınAllahın adlarından biri HƏKİMdi. mənandın əvvəlindəkiApollon həkimə...” kəlmələrini öz-özlüyümdə təkrar pıçıldayıb, qədim Yunan-Roma çoxtanrılılığının yanlışını daha aydın hiss etdim. Allah insanı özünə bənzər yaratdıifadəsi indi bir başqa çalar alırdı ki, bu haqda bütün bunlardan sonra uzun uzadı danışmaq istəmirəm.

 Mifləri müqəddəs mətnləri tədqiq etmək tarix psixologiya baxımından onları desakrallaşdırma profanasiyadı. Bu söz latın mənşəlliprofanumdan doğur. Mənasıməbədgahın yanı”, “məbəd ətrafıdeməkdi. Profanasiyabu müqəddəs yerdən çıxarmaq, qeyri-dini sferaya keçməkdi. Hippokratdan sonra o ANDa, bir az fərqli redaktə ilə sadiq qalan doktor Qarayev indi həqiqi HƏKİMə daha yaxındı.

 





10.11.2014    çap et  çap et