525.Az

Zelenski İslandiyaya səfərinin səbəbini açıqladı


 

Zelenski İslandiyaya səfərinin <b style="color:red"> səbəbini açıqladı</b>

Ukrayna prezidenti Vladimir Zelenski dördüncü Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün ilk dəfə İslandiyaya gəlib.

525.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb. 

Ukrayna prezidenti bildirib ki, sammit iştirakçıları - İslandiya, Danimarka, Norveç, Finlandiya və İsveç rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

“Mən xanım prezident və ev sahibi ölkənin parlament nümayəndələri ilə görüşəcəyəm. Həmçinin Şimal şurasının iclasında iştirak edəcəyəm. “Qələbə planı”nı dəstəkləmək və əməkdaşlığımızın ən səmərəli ola biləcəyi məsələlər barədə danışacağıq”, - deyə V.Zelenski bildirib. 

İbrahim Cəfərov

 





28.10.2024    çap et  çap et