525.Az

Moldovada prezidentliyə namizədin təbliğatçılarına qarşı hücum edilib


 

Moldovada prezidentliyə namizədin təbliğatçılarına qarşı <b style="color:red"> hücum edilib</b>

Moldovada prezidentliyə namizəd, Sosialistlər Partiyasının nümayəndəsi Aleksandr Stoyanoqlo üçün təbliğat aparan könüllülərə qarşı bir neçə hücum olub.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkə parlamentinin vitse-spikeri Vlad Batrınça istinadən məlumat yayıb.

“Biz Baş Prokurorluğu fiziki zorakılıq, münaqişələr və digər xoşagəlməz hallarla bağlı çoxsaylı hücumlar barədə məlumatlandıracağıq. Eləcə də digər dövlət qurumlarına məlumat verəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Aleksandr Stoyanoqlo prezident seçkisində hazırkı dövlət başçısı Maya Sandunun əsas rəqibi hesab edilir. Sandu seçkinin ilk mərhələsində 42 faiz səs topladığı halda, Sosialistlər Partiyasının nümayəndəsi Aleksandr Stoyanoqlo 26 faiz seçicinin səsini qazanmaqla ikinci olub.

İbrahim Cəfərov

 





28.10.2024    çap et  çap et