Yaxın Şərqdə eskalasiyanın baş verməyəcəyi təqdirdə, Brent nefti noyabr ayında bir barell üçün 72–77 dollar olacaq.
525.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Yevgeni Şatov yerli mətbuata açıqlamasında bildirib.
O xatırladıb ki, həftənin əvvəlindən neftin qiyməti 5 faiz aşağı düşüb: "Əsas səbəb budur ki, İsrailin İranın obyektlərinə zərbələri genişmiqyaslı olmadı və hərbi obyektlərə yönəldi. ABŞ administrasiyasının xahişi ilə neft, nüvə obyektlərinə, mülki infrastruktura toxunulmadı".
Ekspert Yaxın Şərqdə eskalasiyanın davam edəcəyini istisna etməyib, çünki İranın cavab zərbəsi gözlənilir: "Əgər bu, baş versə, münaqişənin alovlana bilər. Eskalasiyanın olmayacağı halda isə Brent neftinin barreli 72–77 dollar olacaq".
Pərvanə Sultanova
çap et