525.Az

Abel Məhərrəmov "525"i təbrik etdi


 

Abel Məhərrəmov "525"i təbrik etdi<b style="color:red"></b> “525-ci qəzetin baş redaktoru, cənab Rəşad MƏCİDƏ

 

Hörmətli Rəşad müəllim!

 

“525-ci qəzetin 20 illik yubileyi münasibətilə Sizi bütün redaksiya heyətini öz adımdan Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim, tələbə heyəti adından ürəkdən təbrik edirəm!

 

Azərbaycan mətbuatı tarixində öz yeri, dəsti-xətti xüsusi çəkisi olan “525-ci qəzet” 20 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçmiş, respublikamızın ictimai-siyasi, mədəni sosial həyatını geniş oxucu auditoriyası üçün obyektiv işıqlandırmış, təhsil mədəniyyət işçilərinin, elm xadimlərinin sevimli mətbuat orqanına onların səsini ictimaiyyətə çatdıran tribunaya çevrilmişdir. Bu qəzet Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dolğun işıqlandırması, dövlətimizin apardığı uğurlu daxili xarici siyasəti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənmiş, xalqın sevimlisinə çevrilmişdir.

 

Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların dərin sevgisini qazanan “525-ci qəzetmətbu sözün məsuliyyətini dərindən dərk edən jurnalistikanın şərəfli ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir.

 

Hörmətli Rəşad müəllim!

 

Biz çox məmnunuq ki, Bakı Dövlət Universiteti ilə rəhbərlik etdiyiniz qəzet arasında olduqca məhsuldar əlaqələr qurulmuşdur. Universitet həyatı ilə bağlı obyektiv, dolğun davamlı məlumatlar yayımladığınıza, burada çalışan böyük ziyalıların respublika ictimaiyyətinə daha yaxından tanıtdırılması, elmin təhsilin inkişafına göstərdiyiniz xüsusi qayğıya görəUniversitetin dostumükafatına layiq görülmüşsünüz. Siz Universitetin məzunu olduğunuzu heç vaxt unutmamış, hər zaman yüksək ziyalılıq, peşəkarlıq, professionalizm obyektivlik nümayiş etdirərək bu adı şərəflə doğrultmuşsunuz.

 

Mən bir daha bu gözəl gün – 20 illik yubileyiniz münasibətilə Sizi bütün redaksiya heyətini təbrik edir, Azərbaycan xalqının intellektual səviyyəsinin bir qədər yüksəlməsi, mətbu sözün daha da inkişafı, ölkəmizin çiçəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə uğurlar arzulayıram. İnanıram ki, milli mətbuat tariximizdə nüfuzunuzu qorumaq üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

 

 

Hörmətlə
 BDU-nun rektoru, akademik Abel Məhərrəmov

 

 





16.11.2012    çap et  çap et