525.Az

Çində yarım milyondan çox insan rüşvətə görə cəzalandırılıb


 

Çində yarım milyondan çox insan rüşvətə görə cəzalandırılıb<b style="color:red"></b>

Çində rüşvətxorluqla mübarizə çərçivəsində 589 min vətəndaş cəzalandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İntizamın yoxlanması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

Məlumatda həmçinin, cari ilin ilk 8 ayı ərzində prokurorluq tərəfindən 2972 cinayət işinin açıldığı da qeyd olunur.

Bu müddətdə bütün ölkə üzrə  intizamı yoxlayan orqanlara 2 milyon 700 mindən çox şikayət daxil olub.

Yeri gəlmişkən, 2000-ci ildə Çində rüşvət almağa görə 10 mindən çox məmur güllələnib, 120 mini isə 10-20 il arası həbs cəzasına məhkum edilib.

L.Tağıyeva

 





29.10.2024    çap et  çap et